Bricerton (teleserial, 2020)

Bricerton
ing. Bridgerton
Serialın loqosu
Serialın loqosu
Janr Regent dövrü romantikası
Alternativ tarix
Əsaslanır Culiya Kuinin "Bricerton" romanlar seriyası
İlk baxış tarixləri 25 dekabr 2020
Prodüser Şonda Rayms
Betsi Birs
Kris Van Düsen
Culi Enn Robinson
Sarada MakDermott
Holden Çanq
Sara Dollar
Yaradıcısı Kris Van Düsen
Rollarda
Bəstəkar Kris Bauers
Montajçı Cim Flinn
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2020
Dil İngiliscə
İlk çıxış tarixi 25 dekabr 2020
Mövsüm sayı 3
Seriya sayı 24
Seriya vaxtı 57–72
Telekanal Netflix
IMDb ID8740790
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bricerton (ing. Bridgerton) — Kris Van Düsen tərəfindən Netflix üçün yaradılmış ABŞ tarixi romantika strim-serialı. Yazıçı Culiya Kuinin eyni adlı romanlar seriyası əsasında çəkilən Bricerton, Shondaland tərəfindən Netflix üçün istehsal edilmiş ilk teleserialdır. Serialda hadisələr 1800-cü illərdə, alternativ Regentlik dövründə, III Georqun hakimiyyəti zamanı baş verir. Serialda qara dərili kimi təqdim edilən kraliça Şarlottanın irsinə hörmət olaraq irqi bərabərliyi təmin edən kral, Afrika mənşəli bir çox adamlara zadəgan titulları vermişdir. Əsas diqqət mərkəzində olan hadisələr, London yüksək cəmiyyətində zadəgantorpaq sahibi ailələrindən olan evlilik yaşına çatmış şəxslər sosial mövsümlər zamanı təşkil edilən ballarda (o cümlədən Kraliça Şarlotta balında) iştirakıdır.

Serialın ilk mövsümü 25 dekabr 2020-ci ildə təqdim edilmişdir. İkinci mövsümün premyerası isə 25 mart 2022-ci ildə baş tutmuşdur. Üçüncü mövsümün birinci hissəsi 16 may 2024-cü ildə, ikinci hissəsi isə 13 iyun 2024-cü ildə təqdim olunmuşdur.[1] 2021-ci ilin aprelində serialın dördüncü mövsümünün çəkiləcəyi elan edilmişdir.[2][3] 2023-cü ilin mayında, Netflix tərəfindən Kraliça Şarlottanın həyatından bəhs edən Kraliça Şarlotta: Bricerton hekayəsi mini-serialı təqdim edilmişdir.

Rejissor, quruluşçu rejissor və reəssam işi, o cümlədən aktyor performanslarına görə müsbət qiymətləndirilmiş Bricerton serialı, iki dəfə Praym-taym Emmi mükafatı və Meyk-ap rəssamları və saç stilistləri Gildiyasının mükafatını qazanmış, müxtəlif nominasiyalarda Praym-taym Emmi mükafatı, Ekran Aktyorları Gildiyası Mükafatı, Peyk mükafatı, NAACP mükafatına namizəd göstərilmişdir. Bəstəkar Kris Bauersin serial üçün yazdığı musiqi, Vizual media üçün ən yaxşı musiqi nominasiyasında Qremmi mükafatı qazanmışdır.

  1. Rice, Lynette. "Bridgerton: Netflix Announces Return Date For "Steamy" Season 3". Deadline (ingilis). 2023-12-12. December 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.
  2. Vlessing, Etan. "'Bridgerton' Renewed for Seasons 3 and 4 at Netflix". The Hollywood Reporter. 13 April 2021. June 1, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.
  3. Odman, Sydney. "The 'Bridgerton' Family on What Comes Next for Seasons 3 and 4". The Hollywood Reporter (ingilis). April 6, 2022. April 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy